AZ

"HƏMAS rəhbərliyi atəşkəs cəhdlərini bloklayıb" - Netanyahu

Qətərdə yaşayan HƏMAS rəhbərləri Qəzza xalqının vəziyyətinə əhəmiyyət vermirlər.

Paralel.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, HƏMAS rəhbərliyi "müharibəni sonsuzadək uzatmaq üçün bütün atəşkəs cəhdlərini bloklayıb".

"Onlardan (HƏMAS rəhbərliyindən - red.) qurtulmaq isə bütün girovlarımızın azad olunmasının və müharibənin sona çatmasının qarşısındakı əsas maneəni aradan qaldırmaq deməkdir", -Netanyahu vurğulayıb.

Seçilən
6
6
paralel.az

8Mənbələr