AZ

Netanyahu HƏMAS rəhbərliyinin məhv edilməsində qətiyyətli olduqlarını bildirib

Qətərdə yaşayan HƏMAS rəhbərləri Qəzza xalqının vəziyyətinə əhəmiyyət vermirlər.

Bunu İsrail Baş naziri Binyamin Netanyahu "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, HƏMAS rəhbərliyi "müharibəni sonsuzadək uzatmaq üçün bütün atəşkəs cəhdlərini bloklayıb".

"Onlardan (HƏMAS rəhbərliyindən - red.) qurtulmaq isə bütün girovlarımızın azad olunmasının və müharibənin sona çatmasının qarşısındakı əsas maneəni aradan qaldırmaq deməkdir", -Netanyahu vurğulayıb.

"Cebheinfo.az" 

Seçilən
12
6
cebheinfo.az

8Mənbələr