AZ

Avropa hazırda 1938-ci ili xatırladır – Aİ Baş diplomatı

Avropa hazırda 1938-ci ili xatırladır: Çexoslovakiya Almaniya ilə qarşıdurmada kömək istəsə də, onu almadan nasistlərin əlinə keçdi.

Musavat.com Unian-a istinadən xəbər verir ki, bu fikri Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaja Kallas Redaktionsnetzwerk Deutschland-a müsahibəsində səsləndirib:

"Bizim vəziyyətimiz 1938-ci ili xatırladır. Çexoslovakiya faşist Almaniyasına qarşı kömək istədi, onu almadı və nasistlərin əlinə keçdi. Bu günün fərqi ondadır ki, Ukrayna yıxılarsa, bütün Avropanın təhlükəsizliyi risk altında olacaq. Biz göstərməliyik ki, tarixdən dərs almışıq".

Bundan əlavə, Kallas Ukrayna üçün ərazi güzəştləri ilə bağlı Rusiya ilə danışıqların tələ olduğuna əminliyini ifadə edib: O qeyd edib ki, rusların klassik danışıqlar taktikası üç mərhələdə işləyir: birincisi, Moskva heç vaxt özünün olmayanı tələb edir. Sonra ultimatumlara və hədələrə əl atır. Nəticədə, Qərbdə səslər səfərbər olur və Kremlə heç vaxt sahib olmadığı şeyi təklif etməyə başlayırlar.

Musavat.com

Seçilən
22
2
musavat.com

10Mənbələr