Rok və hip-hop üslubunda dinamik performansları ilə seçilən “Gaga band”, xalq musiqisinin kökləri əsasında yaradılan enerjili trekləri ilə tanınan DJ Iradə və DJ Kamo, populyar müğənni Dilarə Kazımova da festivalın birinci günündə səhnəyə çıxıblar.Qeyd edək ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxildir.Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak edir.Burada yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanırlar.
Həmçinin festival ərazisində sərgi və məşhur restoranların pavilyonları quraşdırılıb. Ziyarətçilər üçün rəssamların üzümçülük mövzusunda əsərləri sərgilənir.Festival ərazisində tələbələr tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin süni intellektlə bağlı təqdimatı olub.Sentyabrın 14-ü də festivalın musiqi proqramı rəngarənglik vəd edir. Həmin gün açılışı müasir pop janrında çıxış edən, səsi və fərqli səhnə təqdimatı ilə seçilən gənc ifaçı Sevanna edəcək.İstedadlı saksofonçu, “Suleymanbeyli Group” layihəsi ilə çıxış edən Teymur Süleymanbəyli və qrupun solisti Nəzrinin də ifaları unudulmaz anlarla yadda qalacaq.İki dəfə “Eurovision”da çıxış edən, “The Voice Türkiye” yarışmasının qalibi Elnur Hüseynov, digər “Eurovision” təmsilçimiz, festivalın hər iki gününün qonağı Nigar Camal, populyar müğənni Samir Piriyev, Meksika və samba üslubunda musiqilər ifa edən “Mexican band”, populyar estrada müğənnisi Nura Suri, Humay Aslanova, caz və xalq musiqisini birləşdirən ifaları ilə tanınan Xalq artisti Tünzalə Ağayeva, gənc DJ Kamo müxtəlif tamaşaçı zövqünə uyğun musiqiləri ilə festivalı daha ritmli və dinamik edəcəklər.Ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı, müxtəlif oyunlara da qatıla biləcəklər.
Artıq dördüncü dəfədir keçirilən Üzüm və Şərab Festivalı şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.