AZ

Gürcüstanın keçmiş müdafiə naziri barədə qərar verildi

Tiflis Şəhər Məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən sabiq müdafiə naziri Cuanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçib.

Yenisabah.az xəbər verir ki, bununla da hakim ittiham tərəfinin vəsatətini təmin edib.

Bundan əvvəl müdafiə tərəfi sabiq nazirin zaminə buraxılması ilə bağlı vəsatət qaldırsa da, hakim təmin etməyib. Pepperoni pizza

Sabiq müdafiə naziri 1 milyon 593 min 212 lari məbləğində qeyri-qanuni və əsassız gəliri leqallaşdırmaqda ittiham olunur.

Cuanşer Burçuladzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “c” bəndi və 332-ci maddəsinin 2-ci hissəsi, yəni, dövlət və ya siyasi vəzifə tutan şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı ittiham irəli sürülüb. Qeyd olunan əməl 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, ötən gün Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb./Axar.az


Telegram kanalımız
Seçilən
0
6
yenisabah.az

8Mənbələr