AZ

Gürcüstanın keçmiş müdafiə naziri HƏBS OLUNDU

Tbilisi Şəhər Məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən sabiq müdafiə naziri Cuanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçib.

Publika.az xəbər verir ki, bununla da hakim ittiham tərəfinin vəsatətini təmin edib.

Bundan əvvəl müdafiə tərəfi sabiq nazirin zaminə buraxılması ilə bağlı vəsatət qaldırsa da, hakim təmin etməyib.

Sabiq müdafiə naziri 1 milyon 593 min 212 lari məbləğində qeyri-qanuni və əsassız gəliri leqallaşdırmaqda ittiham olunur.

Seçilən
1
3
publika.az

8Mənbələr