AZ

Şamaxıda növbəti Üzüm və Şərab Festivalının açılışı olub (FOTO)

Bakı. Trend:

Sentyabrın 13-də Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb.Şamaxı Rayon İcra Hakimiyyətinin, "Abqora" restoranı və “Nəsimibağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysərikəndində keçirilən festival iki gün davam edəcək.

Trend xəbər verir ki,festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentininköməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov,kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər şəxslər iştirakediblər.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri MəcnunMəmmədov deyib ki, üzümçülük və şərabçılığın Azərbaycanda, eləcə dəCənubi Qafqazda çox qədim tarixi var. Belə festivallar ənənələriyaşatmaqla yanaşı, ölkəmizdə üzümçülük və şərabçılığın inkişafınatəkan verir.

Festivalın əhəmiyyətindən danışan nazir təşkilatçılaraminnətdarlığını bildirib. Qeyd edib ki, ötən il ölkəmizdə 12 milyonlitr şərab istehsalı olunub: “Bu istiqamətdə hələ görüləsi çox işvar. İnanıram ki, bu rəqəm ildən-ilə daha da artacaq və Azərbaycanşərabının tanınmasında belə festivallar mühüm rol oynayacaq”.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildiribki, vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həmaqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişafedir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinininkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərinminnətdarlığımızı bildirirəm.

Şamaxının poeziyasının, musiqisinin, xalçaçılığının, qədimtarixi abidələrinin turistlərə yüksək səviyyədə təqdim olunmasıüçün belə festivallar çox önəmlidir. Biz qarşıdakı illərdə də yenilayihələrlə sizin qarşınıza çıxacağıq".

Üzüm və Şərab Festivalı maraqlı-əyləncəli proqramla davam edir.Festivalın birinci günü xüsusi hazırlanmış şou ilə başlayıb.

Səhnəyə retro tərzdə sevilən mahnılar ifa edən “Retro Band”çıxıb. Azərbaycan cazının tanınmış ifaçılarından biri, beynəlxalqmüsabiqələrin iştirakçısı Ülviyyə Rəhimova da Üzüm və ŞərabFestivalının qonağı olub. Daha sonra populyar ifaları ilə sevilənNigar Camal çıxış edib. Enerjisi və xarizması ilə seçilən kubalımüğənni, rəqqasə və xoreoqraf Edglis Hayle isə Latın Amerikasıritmləri ilə festival iştirakçılarını rəqsə dəvət edib.

Festivalın birinci günü səhnəyə çıxan növbəti musiqi iştirakçısıgənc bəstəkar və ifaçı Kazım Can olub. Simli alətlərdə ifa edən“The Passion band”, “Qaya” Dövlət Ansamblının solisti HumayAslanova, müğənni Diana Hacıyevanın rəhbəri olduğu “Dihaj” qrupu dafestival iştirakçıları sırasında idi.

Rok və hip-hop üslubunda dinamik performansları ilə seçilən“Gaga band”, xalq musiqisinin kökləri əsasında yaradılan enerjilitrekləri ilə tanınan DJ Iradə və DJ Kamo, populyar müğənni DilarəKazımova da festivalın birinci günündə səhnəyə çıxıblar.

Qeyd edək ki, festivalın məqsədi yerli üzüm və şərabistehsalının təşviqi, şərab məhsullarının ixrac potensialınınartırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin vəbu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq,ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici vəəyləncəli tədbirlər daxildir.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük vəşərabçılıq kompleksinin ərazisində təşkil olunan festivaldamüxtəlif şərab brendləri iştirak edir.

Burada yerli və xarici istehsalçıların nümayiş etdirdiklərimüxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir,ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinəəldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərininmaraqlı hekayələrini dinləmək imkanı qazanırlar.

Həmçinin festival ərazisində sərgi və məşhur restoranlarınpavilyonları quraşdırılıb. Ziyarətçilər üçün rəssamların üzümçülükmövzusunda əsərləri sərgilənir.

Festival ərazisində tələbələr tərəfindən Kənd TəsərrüfatıNazirliyinin süni intellektlə bağlı təqdimatı olub.

Sentyabrın 14-ü də festivalın musiqi proqramı rəngarənglik vədedir. Həmin gün açılışı müasir pop janrında çıxış edən, səsi vəfərqli səhnə təqdimatı ilə seçilən gənc ifaçı Sevanna edəcək.

İstedadlı saksofonçu, “Suleymanbeyli Group” layihəsi ilə çıxışedən Teymur Süleymanbəyli və qrupun solisti Nəzrinin də ifalarıunudulmaz anlarla yadda qalacaq.

İki dəfə “Eurovision”da çıxış edən, “The Voice Türkiye”yarışmasının qalibi Elnur Hüseynov, digər “Eurovision” təmsilçimiz,festivalın hər iki gününün qonağı Nigar Camal, populyar müğənniSamir Piriyev, Meksika və samba üslubunda musiqilər ifa edən“Mexican band”, populyar estrada müğənnisi Nura Suri, HumayAslanova, caz və xalq musiqisini birləşdirən ifaları ilə tanınanXalq artisti Tünzalə Ağayeva, gənc DJ Kamo müxtəlif tamaşaçızövqünə uyğun musiqiləri ilə festivalı daha ritmli və dinamikedəcəklər.

Ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizmpotensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı,müxtəlif oyunlara da qatıla biləcəklər.

Artıq dördüncü dəfədir keçirilən Üzüm və Şərab Festivalı şərabistehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını genişauditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.

Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Seçilən
9
15
az.trend.az

10Mənbələr