AZ

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.
BUTA.TV xəbər verir ki, 142 ölkə sənədin lehinə, 10-u əleyhinə səs verib. Bəyannamənin lehinə səs verən ölkələr arasında Azərbaycan da var. Ermənistan da eyni mövqeni bölüşüb, Gürcüstan isə səsverməyə qatılmayıb. Əleyhinə səs verənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan yer alıb. Daha 12 ölkə isə bitərəf qalıb.

Sənəddə həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir.

Seçilən
6
9
buta.tv

10Mənbələr