Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.
“Qafqazinfo” “Al-Jazeera”ya istinadən xəbər verir ki, 142 ölkə sənədin lehinə, 10-u əleyhinə səs verib.
Daha 12 ölkə isə bitərəf qalıb.
Sənəddə, həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir.
“Cebheinfo.az”