AZ

ABŞ Kosovo ilə strateji dialoqu dayandırıb

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmi Priştina ilə stratejidialoqun dayandırıldığını açıqlayıb.

Trend xəbərverir ki, bu barədə ABŞ-nin Kosovodakı səfirliyi bəyanat yayıb.

“ABŞ müvəqqəti Priştina hökumətinin gərginliyi vəqeyri-sabitliyi artıran, Birləşmiş Ştatların ümumi prioritetlərüzərində məhsuldar işləmək imkanlarını məhdudlaşdıran hərəkətləriilə bağlı narahatlıqlar səbəbindən planlaşdırılan strateji dialoquqeyri-müəyyən müddətə dayandırıb.

Biz Birləşmiş Ştatlar və Kosovo xalqının ortaq maraqlarınıinkişaf etdirməyə sadiqik. Kosovo ilə münasibətlərimiz ümumiməqsədə əsaslanır: qarşılıqlı iqtisadi rifahın təməli kimi sülh vəsabitliyin möhkəmləndirilməsi. Təəssüf ki, müvəqqəti Baş nazirAlbin Kurtinin son hərəkətləri və bəyanatları uzun illər ərzindəəldə edilmiş tərəqqiyə ziddir. Strateji dialoqun məqsədi ABŞ vəKosovo xalqlarının rifahı naminə iqtisadi və diplomatik əlaqələrigücləndirmək olub.

Ümid edirik ki, lazım gəldikdə bu cür səyləri gələcəkdə də davametdirəcəyik. Bunun Kosovo xalqının prioritet məqsədi olduğunubilirik”, - deyə bəyanatda vurğulanıb.

Seçilən
4
7
az.trend.az

8Mənbələr