AZ

ABŞ Kosovo ilə strateji dialoqu dayandırıb

Belqrad, 12 sentyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmi Priştina ilə strateji dialoqun dayandırıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Kosovodakı səfirliyi bəyanat yayıb.

“ABŞ müvəqqəti Priştina hökumətinin gərginliyi və qeyri-sabitliyi artıran, Birləşmiş Ştatların ümumi prioritetlər üzərində məhsuldar işləmək imkanlarını məhdudlaşdıran hərəkətləri ilə bağlı narahatlıqlar səbəbindən planlaşdırılan strateji dialoqu qeyri-müəyyən müddətə dayandırıb. Biz Birləşmiş Ştatlar və Kosovo xalqının ortaq maraqlarını inkişaf etdirməyə sadiqik. Kosovo ilə münasibətlərimiz ümumi məqsədə əsaslanır: qarşılıqlı iqtisadi rifahın təməli kimi sülh və sabitliyin möhkəmləndirilməsi. Təəssüf ki, müvəqqəti Baş nazir Albin Kurtinin son hərəkətləri və bəyanatları uzun illər ərzində əldə edilmiş tərəqqiyə ziddir. Strateji dialoqun məqsədi ABŞ və Kosovo xalqlarının rifahı naminə iqtisadi və diplomatik əlaqələri gücləndirmək olub. Ümid edirik ki, lazım gəldikdə bu cür səyləri gələcəkdə də davam etdirəcəyik. Bunun Kosovo xalqının prioritet məqsədi olduğunu bilirik”, - deyə bəyanatda vurğulanıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Seçilən
5
7
azertag.az

8Mənbələr