AZ

Azərbaycanda neft bitumu və neft koksu üzrə istehsal həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 159,5 min ton neft bitumu istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 min ton və ya 9,3% azdır. Ötən ilin ilk səkkiz ayında ölkədə 175,9 min ton neft bitumu istehsal edilmişdi.

 

Bu ilin sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 8,6 min ton təşkil edib.

Bununla yanaşı, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 149,8 min ton neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 min ton və ya 8,2% çoxdur. Ötən ilin müvafiq dövründə ölkədə 138,4 min ton neft koksu istehsal edilmişdi.

Cari ilin sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 24,1 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalıb.

Seçilən
4
1
day.az

2Mənbələr