AZ

Azərbaycanda neft bitumu və neft koksu üzrə istehsal həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 159,5 min ton neftbitumu istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 16,4 min ton və ya 9,3% azdır. Ötən ilin ilk səkkizayında ölkədə 175,9 min ton neft bitumu istehsal edilmişdi.

Bu ilin sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 8,6 minton təşkil edib.

Bununla yanaşı, 2025-ciilin yanvar-avqust aylarında Azərbaycanda 149,8 min ton neft koksuistehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə11,4 min ton və ya 8,2% çoxdur. Ötən ilin müvafiq dövründə ölkədə138,4 min ton neft koksu istehsal edilmişdi.

Cari ilin sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 24,1min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalısahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat olmaqla,əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalıb.

Seçilən
21
1
az.trend.az

2Mənbələr