AZ

Adı mərc oyunlarında hallanan futbolçu "Vest Hem"dən ayrılacaq

Adı mərc oyunlarında hallandırılan Lukas Paketa cari mövsümün sonunda İngiltərənin "Vest Hem" klubundan ayrılacağını açıqlayıb.

Sitat.info Oxu.Az- a əsasən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə sosial şəbəkələrdə paylaşım edib.

28 yaşlı futbolçunun adı qeyri-qanuni mərc oyunlarında hallandırılırdı. İngiltərə Futbol Assosiasiyası onun futboldan ömürlük uzaqlaşdırılmasını tələb etmişdi.

Qeyd edək ki, L.Paketanın bu yay ittihamlardan bəraət aldığı açıqlanıb.

Seçilən
15
2
sitat.info

3Mənbələr