Adı mərc oyunlarında hallandırılan Lukas Paketa cari mövsümün sonunda İngiltərənin "Vest Hem" klubundan ayrılacağını açıqlayıb.
Sitat.info Oxu.Az- a əsasən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə sosial şəbəkələrdə paylaşım edib.
28 yaşlı futbolçunun adı qeyri-qanuni mərc oyunlarında hallandırılırdı. İngiltərə Futbol Assosiasiyası onun futboldan ömürlük uzaqlaşdırılmasını tələb etmişdi.
Qeyd edək ki, L.Paketanın bu yay ittihamlardan bəraət aldığı açıqlanıb.