AZ

"Benfika" ilə səfər oyununda "Qarabağ" azarkeşləri üçün biletlər 88 AZN-ə olacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” ilə keçiriləcək oyun üçün “Qarabağ” azarkeşlərinə stadionda 500 yer ayrılıb.

Ağdam klubundan Operativ Media-ya verilən məlumata görə, “Benfika” stadionunda oynanılacaq matçın biletləri bu gün saat 15:00-da satışa çıxarılacaq.

Biletlər “iTicket.az” saytında onlayn şəkildə satışda olacaq. Azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidir. Biletlərin qiyməti 88 AZN təşkil edir.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
10
3
operativmedia.az

4Mənbələr