AZ

Çempionlar Liqası: “Benfika” ilə oyunda “Qarabağ” azarkeşləri üçün 500 yer ayrılıb

Bakı, 12 sentyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” ilə keçiriləcək oyun üçün “Qarabağ” azarkeşlərinə stadionda 500 yer ayrılıb.

Ağdam klubundan AZƏRTAC-a verilən məlumata görə, “Benfika” stadionunda oynanılacaq matçın biletləri bu gün saat 15:00-da satışa çıxarılacaq.

Biletlər “iTicket.az” saytında onlayn şəkildə satışda olacaq. Azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidir. Biletlərin qiyməti 88 AZN təşkil edir.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

 

Seçilən
12
3
azertag.az

4Mənbələr