AZ

Bakıda iki yeniyetmə küçədə gecələyirmiş: Biri valideynlərinə təhvil verildi

Metronun "Həzi Aslanov" stansiyası yaxınlığında iki yeniyetmənin küçədə yatması sakinlərin diqqətini çəkib...

Poliqon Baku.ws-yə istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər yayımlanıb.

Məsələyə ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, yeniyetmələrdən biri valideynlərinə təhvil verilib.

"Görülən tədbirlər nəticəsində həmin yeniyetmələrdən biri - 14 yaşlı şəxs polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib. Hazırda digər yeniyetmənin də ailəsinə verilməsi istiqamətində tədbirlər görülür", - deyə C.Qənbərli bildirib.

Poliqon.info

 

Seçilən
12
2
poliqon.info

3Mənbələr