AZ

Bakıda iki yeniyetmə küçədə gecələyirmiş: Biri valideynlərinə təhvil verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Metronun "Həzi Aslanov" stansiyası yaxınlığında iki yeniyetmənin küçədə yatması sakinlərin diqqətini çəkib.
Oxu.Az Baku.ws-yə istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər yayımlanıb.
Məsələyə ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, yeniyetmələrdən biri valideynlərinə təhvil verilib.
"Görülən tədbirlər nəticəsində həmin yeniyetmələrdən biri - 14 yaşlı şəxs polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib. Hazırda digər yeniyetmənin də ailəsinə verilməsi istiqamətində tədbirlər görülür", - deyə C.Qənbərli bildirib.
Əzizə İsmayılova
Seçilən
18
2
oxu.az

3Mənbələr