Bakı, 12 sentyabr, AZƏRTAC
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində ikinci oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma Litva ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupun ilk oyununda Belçika seçməsini 5:4 hesabı ilə məğlub edib.