EN

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib

Bakı, 12 sentyabr, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, B Liqasının A qrupunda yer alan yığma Litva ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupun ilk oyununda Belçika seçməsini 5:4 hesabı ilə məğlub edib.

 

 

Chosen
71
azertag.az

1Sources