AZ

Bakıda keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi türk-İslam dünyasının birlik, həmrəylik mesajıdır - RƏY

Bakı. Trend:

“Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan vəTürkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuzqardaşlıq - IV" çoxmillətli birgə təlimi türk-İslam aləminin bütündünyaya birlik, həmrəylik mesajıdır”.

Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, bu cür təlimlər hər şeydən öncə dostölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi baxımındanmühüm əhəmiyyətə malikdir:

“Sonsuz qardaşlıq-IV” təlimi Azərbaycanla dost-qardaş dövlətlərarasındakı hərbi əməkdaşlığın dərinləşdirilməsi vəgenişləndirilməsi, bu sahədə yeni layihələrin həyata keçirilməsibaxımından böyük önəm kəsb edir. Bu cür təlimlər həm bizə, həm dəhərbi sahədə əməkdaşlıq etdiyimiz dövlətlərə imkan verir ki,ordularımızın peşəkarlığını, döyüş hazırlığını artıraq, müasirhərbi yeniliklərin döyüş şəraitində tətbiqinə hazır olaq.

Bu gün dünyanın bütün ordularında əsas zərbə qüvvəsinin xüsusitəyinatlılar təşkil etdiyi, müharibələrin əsas yükünün məhz bukatqoriyadan olan hərbçilərin üzərinə düşdüyü heç kimə sirr deyil.44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Onagörə də Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan vəTürkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuzqardaşlıq - IV" çoxmillətli birgə təliminin keçirilməsi odluqcaönəmli və təqdirəlayiqdir”.

Polkovnik bu təlimlərin dövlətlər arasındakı siyasimünasibətlərə göstərdiyi təsirə də diqqət çəib:

“Birgə hərbi təlimlər mahiyyət etibarilə dövlətlər arasındakısiyasi münasibətlərə də ciddi təsir göstərir, bu münasibətlərin dəgenişlənməsinə zəmin formalaşdırır. Hərbi təlimlər sayəsindədövlətlər arasında təmas artır ki, bu da həm siyasi, həm dəiqtisadi sahədə əməkdaşlıq üçün yeni imkan və perspektivlərinortaya çıxmasına şərait yaradır. Buna görə də bu cür hərbitəlimlərin Azərbaycanla dost dövlətlər arasında siyasi-iqtisadisahədəki əməkdaşlığı genişləndirəcəyi şübhəsizdir”.

Polkovnik təlimin məqsəd və istiqamətlərindən də danışıb:

“Təlimin əsas məqsədi xüsusi təyinatlı qüvvələrin döyüşhazırlığını daha da yüksəltmək, onların bilik və bacarığını inkişafetdirməkdir. Onu da qeyd edək ki, bu təlimlər hər hansı üçüncütərəfə qarşı yönəlməyib və yalnız sülh və təhlükəsizlik naminəəməkdaşlığı nəzərdə tutur. Buna görə də bu təlimlər regional vəqlobal sülh naminə atılan addım kimi dəyərləndirilməlidir”.

Seçilən
9
4
az.trend.az

5Mənbələr