AZ

“Yeganə çıxış siyasi həldir” –KƏŞ-dən Moskva və Kiyevə mesaj

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏŞ) Ukraynadakı münaqişənin siyasi həllinə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Casim əl-Budaivi bildirib.

“Biz bir daha təsdiq edirik ki, böhranın daha da gərginləşməsinin qarşısını almaq üçün siyasi həll bu münaqişənin həllinin yeganə yoludur”, - deyə baş katib bildirib.

Əl-Budaivi əlavə edib ki, Körfəz Əməkdaşlıq Şurası mövcud vəziyyətin həllinə yönələcək istənilən təşəbbüsləri alqışlayır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
19
1
redaktor.az

2Mənbələr