Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏŞ) Ukraynadakı münaqişənin siyasi həllinə çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Casim əl-Budaivi bildirib.
“Biz bir daha təsdiq edirik ki, böhranın daha da gərginləşməsinin qarşısını almaq üçün siyasi həll bu münaqişənin həllinin yeganə yoludur”, - deyə baş katib bildirib.
Əl-Budaivi əlavə edib ki, Körfəz Əməkdaşlıq Şurası mövcud vəziyyətin həllinə yönələcək istənilən təşəbbüsləri alqışlayır.
Aminə ŞAHSUVARQIZI