AZ

Ağcabədidə ana doğuş zamanı öldü - Körpəsi xilas edildi - YENİLƏNİB

Ötən gün Ağcabədidə dünyaya gələn körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir.

Redaktor.az cəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm, çəkisi 2 200 qram olan körpə (kişi) dünyaya gəlib. Əməliyyatdan sonrakı dövrdə ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq qadının bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşriş olunması üçün Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Ağcabədidə doğuş zamanı ana ölümü qeydə alınıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, ana ölümü rayon mərkəzi rayon xəstəxanasında baş verib.

Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı ölüb. Onun dünyaya gətirdiyi körpə sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
1
redaktor.az

5Mənbələr