Ötən gün Ağcabədidə dünyaya gələn körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir...
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub, qadın uşaq dünyaya gəldikdən sonra ölüb.
Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm., çəkisi 2 200 qram olan körpə (kişi cinsli) dünyaya gəlib. Əməliyyatdan sonrakı dövrdə saat 06:30-da ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq saat 06:45 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşriş olunması üçün Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Hazırda körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir.
***
Ağcabədi rayonunda ana doğuş zamanı həyatını itirib.
"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı dünyasını dəyişib. Dünyaya gəlib oğlan uşağı xilas edilib
Hazırda faktla bağlı araşdırma aparılır.
Poliqon.info