AZ

Kəminə Ağayeva: Xəzərin şimalında 93 min kvadrat kilometr yeni quru ərazi yarana bilər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Son 30 ildə aparılan müşahidələr Xəzər dənizində suyun səviyyəsində əhəmiyyətli azalmanı göstərir ki, bu da sahilyanı ərazilərə və iqtisadi fəaliyyətlərə təsir edir".

Oxu.Az xəbər verir ki, bunu Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - "Baku Water Week"də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.

O bildirib ki, son 30 ildə Xəzər dənizində suyun səviyyəsi 2.5 metr, son 10 ildə 1.5 metr, son beş ildə 0.93 metr azalıb, ümumilikdə isə hər il Xəzərdə suyun səviyyəsi 20-30 sm azalır:

"Xəzər dənizinin şimal hissəsi çox dayazdır (orta dərinlik beş-altı metrdir). Səviyyənin bu qədər enməsi həmin hissənin qismən və ya tam qurumasına səbəb ola bilər. Bu, nərə balıqları, suitilər və şimaldakı bataqlıq ekosistemləri üçün ciddi təhlükədir. Sosial baxımdan suyun geri çəkilməsi Volqa deltasına, balıqçılığa və sahilyanı kənd təsərrüfatına zərbə vurur".

K.Ağayeva əlavə edib ki, NASA-nın Qlobal Su Monitorinqi tərəfindən bir neçə peykdən toplanan radar altimetriya məlumatları əsasında aparılan hesablamalara əsasən, 21-ci əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr enə bilər ki, bu da dənizin sahəsinin, təxminən, 1/4 hissəsini itirməsinə və 93 min kvadrat kilometr yeni quru ərazinin üzə çıxmasına səbəb olacaq:

"Yeni yaranacaq torpaqların çoxu Xəzərin şimal hissəsində formalaşacaq".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
9
oxu.az

10Mənbələr