Bakı. Trend:
Hazırkı dövrdə Xəzər dənizi mürəkkəb ekoloji və hidrolojidəyişikliklərlə üzləşir. Son 30 ildə aparılan müşahidələr dənizsəviyyəsində əhəmiyyətli azalmanı göstərir ki, bu da sahilyanıərazilərə və iqtisadi fəaliyyətlərə təsir göstərir.
Trendxəbər verir ki, bunu Su və meliorativ proseslərin modelləşdirilməsisektorunun müdiri, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Suvə meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiriKəminə Ağayeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su TəsərrüfatıSərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi)çıxışı zamanı deyib.
O bildirib ki, son 30 ildə Xəzər dənizində suyun səviyyəsi 2,5metr, son 10 ildə 1,5 metr, son 5 ildə 0,93 metr azalıb, ümumilikdəisə hər il Xəzər dənizdə suyun səviyyəsi 20-30 sm azalır: "Xəzərdənizinin şimal hissəsi çox dayazdır (orta dərinlik 5-6 metr).Səviyyənin bu qədər enməsi həmin hissənin qismən və ya tamqurumasına səbəb ola bilər. Bu, nərə balıqları, suitilər vəşimaldakı bataqlıq ekosistemləri üçün ciddi təhlükədir. Sosialbaxımdan suyun geri çəkilməsi Volqa deltasına, balıqçılığa vəsahilyanı kənd təsərrüfatına zərbə vurur".
"NASA-nın Qlobal Su Monitorinqin tərəfindən bir neçə peykdəntoplanan radar altimetriya məlumatları əsasında aparılanhesablamalara əsasən 21-ci əsrin sonuna qədər Xəzər dənizininsəviyyəsi 9-18 metr enə bilər ki, bu da dənizin təxminən 1/4sahəsini itirməsinə və 93 min kvadrat kilometr yeni quru ərazininüzə çıxmasına səbəb olacaq. Yeni yaranacaq torpaqların çoxu Xəzərinşimal hissəsində formalaşacaq", - deyə K. Ağayeva qeyd edib.