AZ

Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə ilə bağlı ictimai müzakirə aparılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Özəl TibbMüəssisələri Assosiasiyasının (ÖTMA) birgə əməkdaşlığı çərçivəsindəsentyabrın 10-da “Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqiçərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirəkeçirilib.

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, tədbirdə SəhiyyəNazirliyinin rəsmiləri, həmçinin Milli Məclisin Səhiyyə Komitəsininüzvü, Baş Prokurorluq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi(İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vəqeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

İctimai müzakirənin əsas məqsədi qanunsuz tibbi fəaliyyəthallarına qarşı mübarizə tədbirlərinin effektivliyinin artırılması,mövcud hüquqi çərçivənin təkmilləşdirilməsi, dövlət qurumları iləözəl sektor arasında daha sıx dialoqun formalaşdırılması, özəlklinikaların reputasiyası, ictimaiyyətin etimadınınmöhkəmləndirilməsi və ictimai məsuliyyətin artırılmasıdır.

Açılış nitqi ilə çıxış edən ÖTMA İdarə Heyətinin sədri GünelƏliyeva qanunsuz tibbi fəaliyyətin pasiyentlərin sağlamlığınavurduğu təhlükələrdən və mövcud problemlərin aradan qaldırılmasıüçün birgə səylərin vacibliyini vurğulayıb. Bildirilib ki, həm özəltibb müəssisələri, həkimlər, həm də pasiyentlər öz hüquq vəvəzifələrini bilməlidir, eyni zamanda qanunvericilyin tələblərinəmütləq qaydada riayət edilməlidir.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Aparat rəhbəri TuralBabayev müzakirə olunan mövzunun aktuallığını vurğulayıb. Onunsözlərinə görə, Azərbaycan Respublikasında əhalinin sağlamlığınınqorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyatakeçirən mərkəzi icra hakimiyyəti orqanı olan Səhiyyə Nazirliyininqanunsuz tibb fəaliyyəti ilə mübarizəyə qanunvericilik, nəzarət,dövlət qurumları arasında koordinasiyalı fəaliyyətlər və ictimaiiştirakçılıq kimi 4 əsas prizmadan yanaşır. Qanunsuz tibbfəaliyyətinə qarşı mübarizənin effektiv aparılması üçün aydınhüquqi və tənzimləyici çərçivənin mövcud olması, nəzarətmexanizmlərinin optimallaşdırılması, aidiyyəti dövlət qurumları iləkoordinasiyalı fəaliyyətlərin gücləndirilməsi, rəqəmsaltexnologiyaların tətbiqinin genişləmdirilməsinin mühü əhəmiyyətkəsb etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, bu platformadaictimai iştirakçılıq amilləri, vətəndaş cəmiyyəti institutlarınıncəlb edilməsi, maarifləndirmə tədbirləri, səhiyyə qurumları iləpasiyentlərin arasında inamın formalaşdırılmasının vacibliyi qeydedilib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva,Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri RamikQuliyev və digər çıxışçılar qanunsuz tibbi fəaliyyətin qarşısınınalınması yolları, dövlət nəzarəti mexanizmləri, pasiyentlərinməlumatlılığının artırılması və maarifləndirmə kampaniyalarınınəhəmiyyətini vurğulayıblar.

Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuyadair suallar cavablandırılıb.

Qanunsuz
Qanunsuz
Qanunsuz
Qanunsuz
Qanunsuz
Qanunsuz
Seçilən
27
7
az.trend.az

8Mənbələr