AZ

AFFA Yüksək Qızlar Liqası üçün daha 6 kluba lisenziya verdi

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Lisenziya Komissiyasının 2025/2026 mövsümü ilə bağlı iclası keçirilib.

Arena.az xəbər verir ki, iclasda 2025/2026-ci illər mövsümündə Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıda adları sadalanan klublara Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib:

“Liman” FK, “Sabah” FK, “Şəfa” FK, “Təhsil 8” FK, “Ümid” FK, “Zaqatala” QFK.

Bununla da 2025/2026-cı illər mövsümündə Yüksək Qızlar Liqasında çıxış edəcək klubların sayı 12 olaraq tamamlanıb.

Tam siyahı belədir:

  1. Araz Naxçıvan PFK
  2. Baku Juniors FK
  3. Dirçəliş FK
  4. Liman FK
  5. Neftçi PFK
  6. Qəbələ İK
  7. Sabah FK
  8. Sumqayıt FK
  9. Şəfa FK
  10. Təhsil 8 FK
  11. Ümid FK
  12. Zaqatala QFK
error: Məzmun qorunur!
Seçilən
22
4
arena.az

10Mənbələr