AZ

Maya Sandu: Rusiya seçkilərə təsir etmək üçün Moldova ÜDM nin 1% nə bərabər vəsait xərcləyib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Keçən il Kişinyov hava limanında yalnız bir gündə 1 milyon avrodan çox nağd pul ələ keçirilib.

APA xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu Avropa Parlamentində çıxışı zamanı bildirib.

O qeyd edib ki, il ərzində Rusiya seçkilərə təsir etmək üçün Moldova ÜDM-nin 1%-nə bərabər məbləğ xərcləyib.

Maya Sandu Rusiyanın Moldovaya qarşı bütün hibrid hücum arsenalını işə saldığını vurğulayıb.

O əlavə edib ki, Avropa İttifaqına üzv olmaq yolunda sentyabrın 28-də Moldova tarixində ən taleyüklü seçkilər keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
89
1
apa.az

2Mənbələr