ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Keçən il Kişinyov hava limanında yalnız bir gündə 1 milyon avrodan çox nağd pul ələ keçirilib.
APA xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu Avropa Parlamentində çıxışı zamanı bildirib.
O qeyd edib ki, il ərzində Rusiya seçkilərə təsir etmək üçün Moldova ÜDM-nin 1%-nə bərabər məbləğ xərcləyib.
Maya Sandu Rusiyanın Moldovaya qarşı bütün hibrid hücum arsenalını işə saldığını vurğulayıb.
O əlavə edib ki, Avropa İttifaqına üzv olmaq yolunda sentyabrın 28-də Moldova tarixində ən taleyüklü seçkilər keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.