AZ

Mask Amerika telekanalını ağlara qarşı irqçilikdə ittiham edir

SpaceX və Tesla şirkətlərinin rəhbəri Elon Musk CNN televiziya kanalını ağdərili insanlara qarşı “çaşdırıcı və açıq irqçilik”də günahlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki paylaşımında bildirib.

Milyarder bu fikri CNN aparıcısının ukraynalı qaçqının qaradərili şəxs tərəfindən öldürülməsi ilə bağlı verdiyi açıqlamaya cavab olaraq yazıb.

“CNN-də ağdərililərə qarşı açıq-aşkar irqçilik... bu, iyrəncdir”, – deyə Mask qeyd edib.

O, həmçinin ABŞ-də təkrar cinayət törədənlərin həbs olunmasının ictimai təhlükəsizlik üçün müsbət nəticələr verəcəyini bildirib.

Mask daha əvvəl də media qurumlarını birtərəfli və qərəzli mövqedə ittiham etmişdi.

Seçilən
12
4
operativmm.az

5Mənbələr