SpaceX və Tesla şirkətlərinin rəhbəri Elon Musk CNN televiziya kanalını ağdərili insanlara qarşı “çaşdırıcı və açıq irqçilik”də günahlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki paylaşımında bildirib.
Milyarder bu fikri CNN aparıcısının ukraynalı qaçqının qaradərili şəxs tərəfindən öldürülməsi ilə bağlı verdiyi açıqlamaya cavab olaraq yazıb.
“CNN-də ağdərililərə qarşı açıq-aşkar irqçilik... bu, iyrəncdir”, – deyə Mask qeyd edib.
O, həmçinin ABŞ-də təkrar cinayət törədənlərin həbs olunmasının ictimai təhlükəsizlik üçün müsbət nəticələr verəcəyini bildirib.
Mask daha əvvəl də media qurumlarını birtərəfli və qərəzli mövqedə ittiham etmişdi.