AZ

Deyirlər yıxılmışam, danışa bilmirəm... - Lalə Şövkət

Deyirlər guya ölürəm, yıxılmışam, danışa bilmirəm və s. Narahat olanlar arxayın olsunlar ki, indi yaxşıyam.

Modern.az xəbər verir ki, bunu Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkət deyib.

O bildirib ki, ürəyi xəstədir və narahatlığı bununla bağlıdır.

"Mənim yaşımda bu narahatlıqlar normaldır. Bu da olmasa nə olar ki?! Allaha da bir bəhanə lazımdır. Biz də ona bir bahanə verməliyik. Belə də qala bilməz, axı", - Lalə Şövkət "Teleqraf"a açıqlamasında deyib.

Sabiq dövlət katibi siyasi proseslərlə maraqlandığını da qeyd edib:

"Hazırda dünyada o qədər qaranlıq, bulaşıq siyasət aparılır ki, belə siyasətdən danışmağı heç özümə rəva bilmirəm. Demək olar ki, bu gün siyasət yoxdur. İndi ancaq kim-kimə üstün oldu amili var. Yalnız güclünün rolu var və ayrı bir şey görmürəm. Dünya qarışıb. Kim-kimi istəyir vurur, haranı istəyir dağıdır. Yəni, xoşagəlməz bir mənzərə yaranıb. Düşünmürdüm ki, siyasət bu günə düşə bilər".

Seçilən
6
1
modern.az

10Mənbələr