AzPost müsahibəni təqdim edir:
– Lalə xanım, səhhətiniz necədir? Müalicələriniz necə gedir?
– Çox sağ olun ki, məndən nigaran qalmısınız. Deyirlər guya ölürəm, yıxılmışam, danışa bilmirəm və s. Narahat olanlar arxayın olsunlar ki, indi yaxşıyam. Sadəcə olaraq ürəyim xəstədir və narahatlığım bununla bağlıdır. Mənim yaşımda bu narahatlıqlar normaldır. Bu da olmasa nə olar ki?! Allaha da bir bəhanə lazımdır. Biz də ona bir bahanə verməliyik. Belə də qala bilməz, axı (gülür).
– Səhhətiniz imkan versə, Qarabağa gedəcəyinizi demişdiniz, bu arzunuzu reallaşdıra bildinizmi?
– Səhhətim bu uzun yolu getməyə imkan vermir. İnfarkt keçirmişəm, o yolu getmək mənə çətin olar. Heç həkimlər də buna razı deyil.
– Siyasi prosesləri izləyə bilirsinizmi?
– Bəli, izləyirəm. Hazırda dünyada o qədər qaranlıq, bulaşıq siyasət aparılır ki, belə siyasətdən danışmağı heç özümə rəva bilmirəm. Demək olar ki, bu gün siyasət yoxdur. İndi ancaq kim-kimə üstün oldu amili var. Yalnız güclünün rolu var və ayrı bir şey görmürəm. Dünya qarışıb. Kim-kimi istəyir vurur, haranı istəyir dağıdır. Yəni, xoşagəlməz bir mənzərə yaranıb. Düşünmürdüm ki, siyasət bu günə düşə bilər.
– Azərbaycanla bağlı siyasətə münasibətiniz necədir?
– Şükür, bizdə sakitlikdir. Torpaqlarımızı geri qaytardıq. Bu, çox böyük uğurdur. Bunu başa düşmək lazımdır. Daxildəki məsələlər də yavaş-yavaş həllini tapacaq. Bundan sonra hər şey yaxşı olacaq. Artıq bunun da vaxtı çatıb. İnanıram ki, bunu da mütləq edəcəklər.
– Ermənistanla ilkin sülh mətni paraflanıb. Sülhün gələcəyinə dair fikirləriniz varmı?
10Mənbələr
-
modern.azDeyirlər yıxılmışam, danışa bilmirəm... - Lalə Şövkət ( 21140782)
-
nuh.azLalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki... ( 21127972)
-
pravda.az“Deyirlər guya ölürəm, danışa bilmirəm” - Lalə Şövkət sükutu pozdu ( 21127066)
-
cebheinfo.azLalə Şövkət: “Deyirlər guya ölürəm, danışa bilmirəm" ( 21126331)
-
azpolitika.info“Dünya qarışıb, kim kimi istəyir vurur, haranı istəyir dağıdır” “Bundan sonra hər şey yaxşı olacaq” ( 21125179)
-
demokrat.az“Deyirlər guya ölürəm, danışa bilmirəm”— Lalə Şövkət sükutu pozdu ( 21125047)
-
demokrat.az“Deyirlər guya ölürəm, danışa bilmirəm” Lalə Şövkət sükutu pozdu ( 21125011)
-
hit.azLalə Şövkət uzun fasilədən sonra danışdı: "Düşünmürdüm ki..." ( 21124675)
-
sherg.azLalə Şövkət: İnfarkt keçirmişəm, səhhətim Qarabağa getməyə imkan vermir - MÜSAHİBƏ ( 21124258)
-
azpost.info“Deyirlər guya ölürəm, danışa bilmirəm” –Lalə Şövkət sükutu pozdu /MÜSAHİBƏ ( 21122908)