AZ

Azərbaycan millisinin heyətinə yeni futbolçular cəlb edilib

Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandasının heyətinə qoşulublar. Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) əsas milliyə cəlb olunublar.

Qeyd edək ki, sentyabrın 9-da əsas milli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.

Seçilən
32
22
yeniazerbaycan.com

10Mənbələr