AZ

Millimizin heyətində dəyişikliklər

Millimizin heyətində dəyişikliklər baş verib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandasının heyətinə qoşulublar. Onların əvəzinə Rüstəm Əhmədzadə (Sumqayıt) və Abdulla Xaybulayev (Sabah) əsas yığmaya cəlb olunub.

Xatırladaq ki, sabah sentyabrın 9-da millimiz DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakıda baş tutacaq.

Seçilən
36
9
football-plus.az

10Mənbələr