Bakı-Qazax magistralında Türkiyəyə məxsus TIR qəza törədib.
Tribunainfo.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə dünən saat 16:30 radələrində yolun 312-ci kilometrliyində, Goranboy rayonu ərazisində qeydə alınıb.
İlkin araşdırmalara əsasən, “Mercedes” markalı yük avtomobilinin sükanı arxasında olan 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub.
“Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətini itirməsi olub. Faktla bağlı araşdırma aparılır”, – məlumatda deyilir.
Fərda Uğur