AZ

TIR magistralda əks yola çıxıb obyektə girdi

Bakı-Qazax magistralında Türkiyəyə məxsus TIR qəza törədib.

Publika.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə dünən saat 16:30 radələrində yolun 312-ci kilometrliyində, Goranboy rayonu ərazisində qeydə alınıb.

İlkin araşdırmalara əsasən, “Mercedes” markalı yük avtomobilinin sükanı arxasında olan 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətini itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
9
publika.az

10Mənbələr