AZ

"Hamısı yalandır!" - qazaxıstanlı nazir


Qazaxıstanın Baş nazirinin müavini, həbs edildiyi barədə məlumatlar yayılan xarici işlər naziri Murat Nurtleu açıqlama ilə çıxış edib. Qazaxıstan mediasının yazdığına görə, nazir onun haqqında yayılan dezinformasiyalara aydınlıq gətirib. "Bu yalandır, absurddur. Düşünürəm ki, şərh etməyə belə dəyməz, siz özünüz hər şeyi görürsünüz", - Nurtleu jurnalistlərə bildirib.

XİN başçısı qeyd edib ki, onun saxlanılması barədə saxta xəbərlərin yayıldığı müddətdə o, öz iş yerində olub. SİTAT: "Mənim yanıma kim gəlib? Kim məndən soruşub? Mən işdə oturmuşdum. İclaslarım var idi. Digər ölkələrdən olan həmkarlarımla telefon danışıqları apardığım sizə məlumdur. İnvestorlarla iş görüşləri olub", - o bildirib.

Mətləb Salahov

Seçilən
3
4
baki-xeber.com

7Mənbələr