AZ

Saxlanıldığım barədə yalan xəbər yayılanda işdə idim - Nazir

Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu saxlanılması barədə yayılan saxta xəbərləri şərh edib.

Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

"Bu yalandır, absurddur. Düşünürəm ki, şərh etməyə belə dəyməz, siz özünüz hər şeyi görürsünüz", - Nurtleu jurnalistlərə bildirib.

XİN başçısı qeyd edib ki, onun saxlanılması barədə saxta xəbərlərin yayıldığı müddətdə o, öz iş yerində olub.

"Mənim yanıma kim gəlib? Kim məndən soruşub? Mən işdə oturmuşdum. İclaslarım var idi. Digər ölkələrdən olan həmkarlarımla telefon danışıqları apardığım sizə məlumdur. İnvestorlarla iş görüşləri olub", - o bildirib.

M.Nurtleu, həmçinin yoxlanılmamış məlumatların yayılmasına görə məhkəməyə müraciət etmək niyyətində olmadığını bildirib.

Seçilən
3
4
adalet.az

7Mənbələr