AZ

Azərbaycan taekvondoçuları "Swiss Open 2025" turnirində uğurlu çıxış ediblər

Azərbaycanın taekvondo millisi İsveçrənin Sankt-Qallen şəhərində keçirilən “Swiss Open 2025” beynəlxalq turnirində uğurla çıxış edib.

Apasport.az xəbər verir ki, Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Etac Qafarov (87 kq) gümüş medal əldə edib,

Qaşım Maqomedov (63 kq), Riyad Şirəliyev (68 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medala layiq görülüblər.

Turnirin yekunlarına əsasən, Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib. Ümumi komanda hesabında Azərbaycan millisi birinci olub. Kubok qaliblərə Dünya Taekvondo Federasiyasının prezidenti doktor Çunqvon Ço tərəfindən təqdim edilib.

Pumse üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO

Taekvondo üzrə ölkə birinciliyi keçiriləcək

Pumse üzrə ölkə birinciliyi və çempionatı keçirilib - FOTO

Federasiya rəsmisi: “Pumse növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsi gözlənilir”

Bakıda ənənəvi "Koreya səfiri kuboku" keçiriləcək

Seçilən
14
2
apasport.az

10Mənbələr