AZ

Azərbaycan taekvondoçuları İsveçrədəki turnirdə medallar qazanıblar

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilmiş "Swiss Open 2025" beynəlxalq turnirində uğurla çıxış ediblər.

"Aznews.az" xəbər verir ki, təmsilçilərimizdən Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Etac Qafarov (87 kq) gümüş, Qaşım Maqomedov (63 kq), Riyad Şirəliyev (68 kq) və Səmərrux Osmanova(49 kq) isə bürünc medallara sahib çıxıblar.

Komandamızın üzvü Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib.

Seçilən
18
7
aznews.az

10Mənbələr