AZ

Azərbaycanın 3x3 basketbol yığması Avropa Kubokunda ilk dəfə gümüş medal qazandı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

Oxu.Az xəbər verir ki, yığma finalda Niderland seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibinə 16:21 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
19
oxu.az

10Mənbələr