AZ

Avropa Kuboku: Azərbaycan millisi tarixində ilk dəfə finala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazanıb. 

Musavat.com-un məlumatına görə, yığma yarımfinalda İspaniya seçməsi ilə üz-üzə gəlib. 

Komanda rəqibini 12:17 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13) üstələyib.

Seçilən
13
19
musavat.com

10Mənbələr