AZ

Azərbaycan taekvondoçuları “Swiss Open 2025” turnirində 7 medal qazandı - FOTOLAR

BAKI, 7 sentyabr. TELEQRAF

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilmiş “Swiss Open 2025” beynəlxalq turnirində 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçilərimizdən Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüblər.
Etac Qafarov (87 kq) gümüş, Qaşım Maqomedov (63 kq), Riyad Şirəliyev (68 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.
Komandamızın üzvü Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib.
Milli komandamız yarışda ümumi komanda hesabında birinci yerə layiq görülüb. Turnirin yekununda kubok Dünya Taekvondo Federasiyasının prezidenti Dr. Çunqvon Çu tərəfindən Azərbaycan milli komandasına təqdim edilib.

Seçilən
14
6
teleqraf.com

10Mənbələr