AZ

Millimiz ilk dəfə Avropa kubokunun finalında

Qadınlardan ibarət 3x3 basketbol millimiz Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa kubokunda finala vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız 1/2 final mərhələsində İspaniya millisi ilə üz-üzə gəlib və rəqibini 21:17 hesabı ilə məğlub edib.

Xatırladaq ki, yığmamız daha əvvəl qrup mərhələsində Fransa (21:16), Ukraynaya (21:14), 1/4 final mərhələsində isə Polşaya (16:13) qalib gəlib. Millimiz finalda Niderlandla qarşılaşacaq. Görüş bu gün Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Seçilən
39
2
football-plus.az

10Mənbələr