Tehran və Vaşinqton İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli məsələsində vasitəçilərin köməyi ilə mesaj mübadiləsini davam etdirir.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib.
“ABŞ-la dialoq vasitəçilər vasitəsilə davam edir. Amerikalılar qarşılıqlı hörmət əsasında danışıqlara hazır olduqları gün biz də tam hazır olacağıq. Bizim hüquqlarımıza riayət olunmalı və maraqlarımız hörmətlə qarşılanmalıdır”, – deyə o, Tasnim agentliyinə bildirib.
Nazirin sözlərinə görə, Tehran əvvəlki şərtlərlə danışıqlar masasına qayıtmayacaq, mövcud vəziyyəti nəzərə alaraq yeni çərçivələr razılaşdırılmalıdır./APA
Tarix: 7 Sentyabr 2025, 07:20