Tehran və Vaşinqton İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli məsələsində vasitəçilərin köməyi ilə mesaj mübadiləsini davam etdirir.
APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib.
“ABŞ-la dialoq vasitəçilər vasitəsilə davam edir. Amerikalılar qarşılıqlı hörmət əsasında danışıqlara hazır olduqları gün biz də tam hazır olacağıq. Bizim hüquqlarımıza riayət olunmalı və maraqlarımız hörmətlə qarşılanmalıdır”, – deyə o, Tasnim agentliyinə bildirib.
Nazirin sözlərinə görə, Tehran əvvəlki şərtlərlə danışıqlar masasına qayıtmayacaq, mövcud vəziyyəti nəzərə alaraq yeni çərçivələr razılaşdırılmalıdır.